Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölübİyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.

Bu barədə Telexeber.az-a Xəzər Rayon Prokurorluğundan məluamt verilib.

Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Популярный ролик