Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir

Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir
"Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub".

Telexeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.


O qeyd edib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib:

“Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub."

Nazirlik rəsmisi onu da əlavə edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib: "Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.
Популярный ролик