"Oğlumun başı deşik-deşik idi" - Qətlə yetirilən idmançının atası
- 30.11.2022, 09:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.
Telexeber.az xəbər verir ki, Baku TV-yə danışan mərhumun atası Zəka Rüstəmov, Turanın onun ikinci övladı olduğunu bildirib.
“8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib. Turan ayaqyalın olduğu üçün ayağlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, - deyə Z.Rüstəmov qeyd edib.