Qəzada yaralanan müəllimlərin son vəziyyəti açıqlandı

Qəzada yaralanan müəllimlərin son vəziyyəti açıqlandıBakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir.

TƏBİB-dən Telexeber.az-a verilən məlumata görə, onların vəziyyəti hazırda orta ağırdır.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə ( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Xatırladaq ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.
Популярный ролик