Beyləqanda qumar oynayanlar cərimələndi; təşkilatçı həbs edildi

Beyləqanda qumar oynayanlar cərimələndi; təşkilatçı həbs edildiBeyləqanda qumar oynayanlar cərimələnib, təşkilatçı həbs edilib.

Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.
Популярный ролик