Rusiya Ukrayna limanlarına hücum etdi

Rusiya yenidən Odessa və Nikolayev vilayətlərinə hücum edərək limanları hədəfə alıb.

Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama verib. Məlumata görə, Rusiya ordusu Ukraynanın cənub bölgələrinə hücum təşkil edib.


Açıqlamada deyilir ki, Rusiya raketləri limanları, marinaları, mənzilləri və ticarət binalarını hədəfə alıb. Hücum zamanı Rusiya 19 qanadlı raket və 19 kamikadze pilotsuz uçuş aparatından istifadə edib.

Raketlərin əskəriyyəti məhv edilib. Yaşayış binasına və ətrafdakı infrastruktura zərər dəyib, 19 nəfər yaralanıb.
Популярный ролик