İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Telexeber.az xarici KİV-ə istinadla xəbər verir ki, seçici fəallığı təxminən 53 faiz təşkil edib. Səsvermədə nəticəsində Deputatlar Konqresinin (aşağı palata) 350 üzvü, həmçinin 208 senator seçiləcək. 37 milyondan çox ispan səsvermə hüququna malikdir, onlardan 2 milyona yaxını xaricdə yaşayır.
Əvvəlcə seçkilərin bu ilin sonuna təyin edilməsi nəzərdə tutulsa da, may ayının sonunda Baş nazir Pedro Sançes növbədənkənar səsvermənin keçirilməsi qərarını açıqlayıb. Hökumət başçısı bu addımı lideri olduğu İspaniya Sosialist İşçi Partiyasının regional və bələdiyyə seçkilərində əldə etdiyi qeyri-qənaətbəxş nəticədən sonra atıb.