Müharibədən sonra Fələstinə gedən ilk nazir oldu

Nikaraqua xarici işlər naziri Denis Monkada Fələstinə dəstək və həmrəylik səfəri çərçivəsində Ramallaha gedib.

Telexeber.az xəbər verir ki, bu barədə Nikaraquanın vitse-prezidenti Rosario Murillo açıqlama verib. O, Denis Monkadanın Fələstini dəstəkləmək üçün Ramallaha getdiyini bildirib. İsrailin Fələstin xalqına qarşı hücumlar həyata keçirdiyini vurğulayan Murillo, Nikaraqua xarici işlər naziri Monkadanın Fələstin prezidenti Mahmud Abbasla görüşəcəyini bildirib. Bununla da, Monkada İsrailin hücumlarından sonra ölkəyə səfər edən ilk dövlət xadimi olub.

Qeyd edək ki, Fələstin Dövlətinin tanınmasını dəstəkləyən və Ramallahda səfirliyi olan Nikaraqua da İsraillə diplomatik əlaqələrə malikdir.
Популярный ролик