Koronavirus zamanı ölüm riskini artıran xəstəliklər - SİYAHI
- 22.03.2020, 11:15,
- Dünya / Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyalı həkimlər koronavirusa yoluxma zamanı ölüm riskini artıran xəstəlikləri açıqlayıblar.
Telexeber.az xəbər verir ki, ürək-damar sistemi ilə bağlı problemlər xüsusi təhlükə yaradır ki, bu da infeksiya ilə yoluxma zamanı ölüm riskini 10,5 faiz artırır.
Risk zonasında diabet xəstəliyindən əziyyət çəkən insanlar da var. Bu halda ölüm təhlükəsi 7,3 faiz çoxdur. Xroniki respirator xəstəliklərindən əziyyət çəkənlər üçün risk 6,5 faiz, yüksək təzyiqi olan insanlar üçün 6 faiz, onkoloji xəstəliklər üzrə risk isə 5,6 faiz yüksəkdir.