Niyaməddin Musayev: "Ölüm xəbərim ona pul gətirirsə, məni öldürsünlər"
Facebook
Вконтакте
Одноклассники
Google+
Mənim "ölüm xəbəri"mi yayan şəxs bu xəbərə görə aldığı qonorarla ailəsini dolandırırsa, eybi yox, gündə neçə dəfə istəyirsə, məni öldürsün. Təki vəziyyəti yaxşı olsun. Bu xəbərim ona reytinq, pul gətirirsə, qoy etsin.
Bu sözləri Xalq artisti Niyaməddin Musayev "Şou ATV" proqramında bildirib.
Ötən həftə "ölüm xəbəri" yayılan sənətçi üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı fikirlərini bölüşüb.
"Dedilər, məhkəməyə ver. Mənim elə halım yoxdur ki, məhkəmələri gəzim. Ölüm gözlə-qaş arasındadır. Zamanı çatanda öləcəyik. Amma yalan yazmaq düzgün deyil.
Nə var cəza verməyə? İstəsəm, məhkəməyə də verərəm, başqa formada da danışaram. Amma ayıbdır. Qoy özü düşünsün ki, bu yolla reytinq qazanmaq olmaz. Ölüm xəbərimlə bağlı mənə dünyanın hər yerindən zənglər gəlib".