Moskvada özünütəcrid rejiminə keçir

Moskvada özünütəcrid rejiminə keçirSabahdan Rusiyanın paytaxtı Moskvada özünütəcrid rejimi tətbiq ediləcək.

Telexeber.az xəbər verir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən rejim yaşından asılı olmayaraq, bütün insanlara şamil olunacaq. Rəsmi qurumlar sakinlərə evdə qalmağı tapşırıb.

Qeyd olunub ki, sakinlərin evi tərk etməsinə yalnız təcili tibbi yardım üçün müraciət edildikdə, həyat və sağlamlığa təhlükə olan zaman icazə veriləcək.

Bundan başqa, paytaxt sakinləri ən yaxın ərazidəki mağaza və aptekdə alış-veriş edə biləcəklər. Həmçinin, Moskva ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Vətəndaşların yaşadıqları ərazidən digər ünvana getmələri üçün xüsusi buraxılış icazəsi tələb olunacaq.
Популярный ролик