"Hizbullah" İsrailin hərbi mövqelərini bombaladı
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hizbullah” təşkilatı İsrail qüvvələrinə hücumlar həyata keçirdiklərini açıqlayıb.
Telexeber.az xəbər verir ki, açıqlamada hücumlarda İsrail əsgərlərinin öldüyü və yaralandığı açıqlanıb. Yazılı açıqlamada İsrailin şimalında, Livan sərhədinə yaxın Melkiye bölgəsində tankın idarə olunan raketlə hədəf alındığını bildirib. Tankdakı əsgərlərin öldüyü və yaralandığı bildirilsə də, ölən və yaralananların sayı barədə məlumat verilməyib. Bildirilib ki, İsrailin şimalında Hayfa yaxınlığında yerləşən Krayot bölgəsi və Kiryat Şimonadakı raket qurğuları və artilleriya mövqelərinə hücum edilib.
Bundan başqa İsrailin Kefr Şuba təpələrindəki Ruveysat əl-Alem mövqeyi, eləcə də şimaldakı Karmiel və Sasa bölgələri də hədəfə alınıb.