Karantinə əməl etməyən 5 nəfəri güllələdi - Rusiyada qorxunc qətl
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən kəndlərdən birində dəhşətli qətl hadisəsi törədilib.
Telexeber.az xəbər verir ki, karantin rejiminə əməl etməyən 5 nəfər kənd sakini tərəfindən öldürülüb.
Hadisənin təfərrüatlarına gəlincə, karantin rejiminə əməl etməyən qrupun hərəkəti səs-küy salması olub. Bundan sonra qətli törədən şəxs onlardan sakit olmasını tələb edib. Bu əsnada onlar arasında qarşıdurma olub. Bundan sonra həmin şəxs ov tüfəngi ilə qrupu atəşə tutub. Nəticə 5 nəfər hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılıb.