Tramp İranı hədələdi: "Görünməmiş bombardman" olacaq

Tramp İranın nüvə silahı istehsal etməməsini təmin etmək üçün ABŞ-la saziş bağlamazsa, İranı “bombalayacağı” və “ikinci dərəcəli tariflər” tətbiq edəcəyi ilə hədələyib.

Telexeber.az xəbər verir ki, bu barədə o, NBC News-a müsahibəsində deyib.
O qeyd edib ki, əgər razılıq olmasa "bombardmanlar" olacaq, daha əvvəl heç görmədikləri "bombardmanlar".

Tramp bildirib ki, ABŞ və İran rəsmiləri arasında söhbətlər aparılıb.

Bununla belə, İran prezidenti Məsud Pezeşkian bu günü bildirib ki, İran ABŞ-la nüvə proqramı ilə bağlı birbaşa danışıqları rədd edir.
Популярный ролик