Bu ölkədə koronavirus kəskin artmağa başladı: Son iki gündə ölənlərin sayı 1500 oldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyada son günlər yeni növ koronavirusa yoluxanların və virus səbəbindən ölənlərin sayı kəskin şəkildə artıb.
Telexeber.az xəbər verir ki, dünən ölkədə son sutkada ölənlərin sayında rekord rəqəm ortaya çıxdı. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünən Braziliyada ölənlərin sayı 881 olmuşdu. Bu gün isə son 24 saatda daha 749 nəfər virusa yoluxaraq həyatını itirib.
Bununla da ölkədə ümumilikdə 12 min 400 koronavirus qaynaqlı ölüm olub. Bu rəqəmlə Braziliya dünyada 6-cı yerə yüksəlib. Mütəxəssislər real ölümlərin rəsmi rəqəmlərdən çox ola biləcəyini də deyirlər.
Ölkədə koronavirusa yoluxanların sayı isə artıq 177 mini ötüb.
Mənbə: Hürriyet