Koronavirusla bağlı dezinformasiya yayan 510 nəfər saxlanıldı
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı təxribat xarakterli məlumatlar yayan 510 nəfər saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 65 gün ərzində aparılan araşdırmalar nəticəsində 10 mindən çox sosial şəbəkə hesabında dezinformasiyaların paylaşıldığı müəyyən edilib. Bu səbəbdən azı 510 nəfər saxlanılıb.
Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.