ABŞ-dən çağırış: bu ölkə tərk edin

ABŞ-ın Bağdad Səfirliyi bölgədəki hadisələr səbəbilə vətəndaşlarına İraqa səyahət etməmələri və ölkədə olanların isə dərhal çıxmaları barədə xəbərdarlıq edib.

Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Səfirliyin açıqlamasında İraqda olan ABŞ vətəndaşlarının ən yüksək səviyyədə diqqətli və ehtiyatlı olmaları, yerli xəbər mənbələrini yaxından izləmələri tövsiyə edilib.

Həmçinin, bölgədəki hadisələrə bağlı olaraq nəqliyyatda pozuntuların yarana biləcəyi, hava məkanının əvvəlcədən xəbərdarlıq edilmədən qəfil bağlana biləcəyi də bildirilib.

Bu səbəbdən ABŞ vətəndaşlarına İraqa hər hansı məqsədlə səyahət etməmələri tövsiyə olunur, ölkədə olanların isə dərhal İraqı tərk etmələri istənilib.
Популярный ролик