Türkiyədə daha bir bələdiyyə sədri həbs olundu
Facebook
Вконтакте
Одноклассники
Google+

İstanbulun Silivri rayon bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, Silivri prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində maliyyə cinayətlərinə qarşı mübarizə idarəsinin əməkdaşları bələdiyyə binasında axtarış aparıblar. Səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində aralarında Silivri bələdiyyə sədri Bora Balcıoğlunun da olduğu 17 şübhəli şəxs saxlanılıb.
Rəsmi qurumlar korrupsiya və rüşvət iddiaları ilə bağlı başladılan istintaq tədbirlərinin qətiyyətlə davam etdirildiyini bildiriblər.