Braziliya Prezidentindən Trampa SƏRT SÖZLƏR

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yük daşımalarından 20 faiz tranzit rüsumu tutulacağı ilə bağlı açıqlamasını sərt tənqid edərək bunu "dəniz quldurluğu" kimi qiymətləndirib.


Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, Lula da Silva San-Paulu şəhərində keçirilən tədbirdə çıxışı zamanı Trampın Hörmüz boğazından keçən bütün yüklərdən ödəniş alınacağı barədə bəyanatına münasibət bildirib.

Braziliya Prezidenti deyib ki, uzun illər dəniz quldurluğuna qarşı mübarizə aparmış ABŞ kimi bir dövlətin indi özü bu cür addım atması qəbuledilməzdir.


"ABŞ kimi böyük bir ölkə dəniz qulduruna çevrilə bilməz. Onların Hörmüz boğazından keçən gəmilərdən vergi toplamaq hüququ yoxdur. Hörmüz boğazında baş verənlərin məsuliyyəti ABŞ-nin üzərinə düşür. Bundan əvvəl boğaz bağlanmamışdı", – deyə Lula da Silva bildirib.

Braziliya lideri xatırladıb ki, ABŞ-nin İrana hücumundan əvvəl Hörmüz boğazı beynəlxalq gəmiçiliyin istifadəsi üçün açıq idi.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası "baş verən fəlakətləri fürsətə çevirərək bundan siyasi və iqtisadi qazanc əldə etməyə çalışır".
Популярный ролик