İrandan Hörmüz boğazı ilə bağlı vacib açıqlama
Facebook
Вконтакте
Одноклассники
Google+

İran mətbuatında Hörmüz boğazında təhlükəli hesab edilən marşrutdan keçməyə cəhd göstərən iki neft tankerində partlayış baş verdiyi iddia olunub.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlaması yayılıb.
Açıqlamaya görə, ABŞ-nin təzyiqi nəticəsində Hörmüz boğazının cənubunda təhlükəli və etibarsız marşrutla hərəkət edən iki neft tankerində partlayış baş verib, daha sonra isə yanğın başlayıb.
Bəyanatda vurğulanıb ki, ABŞ-ın bölgədəki hücumları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq və bu marşrut vasitəsilə bir damla belə neft və ya təbii qaz təhlükəsiz şəkildə daşına bilməyəcək.
İran ordusunun sözçüsü Məhəmməd Ekrəminiya isə ötən gün bildirmişdi ki, İrana qarşı həyata keçirilən hücumlarda ABŞ ilə əməkdaşlıq edən ölkələrə məxsus gəmilər Hörmüz boğazından keçərkən problemlərlə üzləşəcəklər.