Argentina Prezidenti Alberto Fernandesin olduğu mikroavtobus Çubut vilayətində etirazçıların hücumuna məruz qalıb.
Telexeber.az xəbər verir ki, yanğından əziyyət çəkən ərazilərə baş çəkən Fernandesi görən etirazçılar mikroavtobusa tərəf yeriyərək onu döyəcləməyə, pəncərələrinə zərbələr endirməyə başlayıblar. Avtobusun şüşələrindən biri atılan daşların təsirindən sınıb. Fernandes cangüdənlərinin köməyi ilə ərazidən çətinliklə uzaqlaşıb. Qeyd edək ki, Çubutda insanlar irimiqyaslı dağ-mədən layihəsinə qarşı narazılıqlarını bildirirlər. Layihə ilə bağlı hazırlanmış qanunun yerli parlamentdə təsdiqlənməsi gözlənilir.