Rusiyaya qarşı həmlə: Nüvə silahlarının sayı artırılır
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniya müdafiə, təhlükəsizlik və xarici siyasətdə ətraflı dəyişikliyə gedir.
Telexeber.az xəbər verir ki, krallıq bu məqsədlə nüvə silahını 50 faiz artıracaq. Plana görə, London hazırda 180 ədəd olan nüvə başlığının sayını 260 çıxaracaq. “The Guardian” qəzetinin məlumatına görə, krallıq uzun müddətdir yeni hərbi strategiyə üzərində işləyir.
Böyük Britaniya rəhbərliyi hesab edir ki, Çin və Rusiya təhdid təşkil edən addımlar atır. Ona görə də, krallıq qabaqlayıcı tədbirlər görməyə ehtiyac duyur.