Çexiyanın ən varlı şəxsi, 54 yaşlı tanınmış biznesmen Petr Kelner helikopter qəzasında həlak olub.
Telexeber.az xəbər verir ki, hadisə Alyaskada baş verib. Bildirilir ki, iş adamı tətildən qayıdarkən onun olduğu helikopter naməlum səbəbdən idarəetmədən çıxıb. Biznesmenlə yanaşı daha 5 nəfər o cümlədən 2 mütəxəssis həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən ilin hesabatına görə, Petr Kelnerin 19 milyard dollar sərvəti var.