ABŞ hərbçiləri dinc sakinləri güllələyib - "Taliban"dan ittiham
Facebook
Вконтакте
Одноклассники
Google+
“Taliban” sözçüsü, Mədəniyyət komissiyasının rəhbəri Zabihullah Mücahid Türkiyə mediasına maraqlı açıqlamalar verib.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, Kabil hava limanı yaxınlığında İŞİD-Xorasan tərəfindən törədilən partlayışdan sonra ABŞ hərbçiləri mülki şəxslərə atəş açıb. O bildirib ki, hadisədən sonra ərazidə izdiham yaşanıb. Hərbçilər hədəfi müəyyən edə bilmədikləri üçün kütləyə atəş açıblar.
Qeyd edək ki, hadisə zamanı 200-ə qədər insan həlak olub. Çox sayda yaralı var.