"Taliban" Rusiyadan kömək istədi
Facebook
Вконтакте
Одноклассники
Google+
“Taliban”ın müvəqqəti hökuməti təşkilata qarşı sanksiyaların aradan qaldırılması üçün Rusiyanın vasitəçi olmasını istəyir.
Telexeber.az xəbər verir ki, bu barədə “Taliban”ın Mədəniyyət və Rabitə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Rusiya “Taliban”la BMT arasında vasitəçi ola bilər. Hələlik Rusiya bu təklifə rəsmi cavab verməyib.
Qeyd edək ki, ABŞ və BMT “Taliban”a qarşı sanksiyaları aradan qaldırmayıb. BMT hələ də “Taliban”ı terror təşkilatı kimi tanıyır.