"Fərat Qalxanı" bölgəsində dəhşətli terror: Çox sayda ölü və yaralı var
Facebook
Вконтакте
Одноклассники
Google+
PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iki ayrı yerdə törədilən partlayışlarda iki Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.
“Məsum sivilləri qətlə yetirməkdən başqa bir məqsədi olmayan PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik”, - məlumatda deyilir.