Üsyançıların silah anbarı vuruldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Yəməndə koalisiya qüvvələri Marib şəhərində Husi üsyançılarına məxsus silah anbarına zərbələr endirib.
Telexeber.az xəbər verir ki, hücum zamanı üsyançılara məxsus silahlar, hərbi texnikalar sıradan çıxıb. Tələfat barədə məlumat yoxdur. Yerli mənbələrin məlumatına görə, son günlər bölgədə hücumlar intensivləşib. Husilər əks həmlələr edir. Lakin tərəflərin heç biri üstünlük əldə edə bilməyib.