Pakistanın nüvə proqramının rəhbəri vəfat edib
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib.
Telexeber.az xəbər verir ki, bu barədə "Ary News" telekanalı Xanın ailəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, alimin ölümünə səbəb koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik olub. Mərhumun şərəfinə bir neçə anım tədbiri keçiriləcək.
Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb.
Əvvəllər uran zənginləşdirilməsi üçün qaz santrifüjləri istehsal edən URENCO Avropa konsorsiumunda işləyən Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.