Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Monteneqrodakı səfirliyi milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılovun ekstradisiyası üçün lazım olan materialları bu ölkənin istintaq orqanlarına təqdim edib.
Telexeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu oktyabrın 15-də onun ekstradisiyasını istəyib.
Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.