ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır: Avropa ilə məsləhətləşmələrə başlandı
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Rusiyaya qarşı sanksiyalar ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen CNBC telekanalında bildirib. O qeyd edib ki, ABŞ-ın Avropalı müttəfiqləri ilə məsləhətləşmələr aparmasına səbəb Rusiyaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə onların fikirlərini öncədən öyrənə bilməkdir.
"Biz müttəfiqlərimizlə bir fikirdə qalmaq istəyirik. Təbii ki, Rusiya ilə Avropa arasında iqtisadi əlaqələr Rusiya və ABŞ arasında olduğundan daha güclüdür. Ona görə də biz onlarla yəni avropa müttəfiqlər ilə çox sıx işləyirik. Bütün bu müddət ərzində onların narahatlıqlarını öyrənəcəyimizə və həlli yolları barədə müəyyən yollar tapacağımıza əminik" deyə Yellen bildirib.
O həmçinin xatırladıb ki, ABŞ prezidenti Co Bayden Moskvanı “ciddi” sanksiyalar tətbiq etməklə hədələyib. Bir gün əvvəl Bayden səlahiyyətlərinin ildönümünə həsr olunmuş mətbuat konfransı zamanı Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Vaşinqtonun Moskvaya qarşı yeni məhdudiyyətlər paketini qəbul etməyə hazır olduğunu bildirib. Mümkün addımlar arasında o, Rusiya banklarının dollarla əməliyyatlar aparmasına qadağa qoyulmasını və "SWIFT" dən ayrılmağa çağırıb.