50 milyard dollarlıq zərbə: Rusiyanı gözləmədiyi yerdən "vuracaqlar"
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Rusiyanın silah və enerji idxalını hədəfə alacağı yeni sanksiyaları Moskvaya 50 milyard dollara başa gələcək.
Telexeber.az xəbər verir ki, bu barədə Bild qəzeti mnəlumat yayıb. Məlumata görə, qadağalar Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə tətbiq ediləcək. Məlumata görə, ABŞ qadağaların hazırlanması üçün Avropa ölkələri ilə birgə işləyir. Xəbərdə qeyd edilir ki, ABŞ qadağaların siyahısını Almaniyaya təqdim edib. Amerikalılar Almaniya hökumətindən Rusiyadan xam maddə idxalına və Moskvanın “Nord Stream 2” boru xəttinə çıxışına qadağa qoymasını tələb edib.
Berlin zəmanət verib ki, Rusiya Ukraynaya müdaxilə etsə, Rusiyanın təbii qazı “Nord Stream 2” boru xəttindən keçməyəcək.
Xarici KİV-lər yazır ki, bu sanksiyalar Rusiyaya qarşı iqtisadi həmlələrin bir hissəsidir. Qərb Moskvaya qarşı başqa iqtisadi "sürprizlər" də hazırlayıb.