Avropada COVID-19-a yoluxma kəskin artıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Son bir həftə ərzində Avropada 12 milyon nəfər COVID-19 infeksiyasına yoluxub.
Telexeber.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu göstərici pandemiyanın başlamasından sonra Avropa regionunda qeydə alınmış ən yüksək həftəlik yoluxma göstəricisidir.
H. Kluge qeyd edib ki, yoluxma hallarının kəskin artması "Omikron" ştamının yüksək yoluxduruculuq qabiliyyətinin olmasıdır. Virusa yoluxanların sayının kəskin artmasına baxmayaraq, reanimasiyaya yerləşdirilmə hallarında nəzərə çarpan artım müşahidə olunmayıb.