Rus neftinə tətbiq edilən embarqo bazarlara təsir edəcək - Rusiyadan xəbərdarlıq

Rus neftinə tətbiq edilən embarqo bazarlara təsir edəcək - Rusiyadan xəbərdarlıq“Rusiya neftinə tətbiq ediləcək embarqo bütün bazarlara təsir edəcək”.

Telexeber.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, Avropa bazarları rus nefti üçün önəmlidir. Peskov embarqonun təsirlərini azaltmaq üçün işlər həyata keçirdiklərini bildirib. Peskovun sözlərinə görə, neftin başqa bazarlarda satılması üçün işlər aparılır.
Qeyd edək ki, Avropa Birliyi rus neftinə qadağaların tətbiq edilməsini razılaşdırıb. Sənədə görə, ilin sonuna qədər Avropa Birliyi Rusiyadan neft idxalını 95 faiz azaldacaq.
Популярный ролик