Rusiyadan Türkiyə-Ermənistan görüşünə dair İLK AÇIQLAMA - Razılıq var

Rusiyadan Türkiyə-Ermənistan görüşünə dair İLK AÇIQLAMA - Razılıq varRusiyanın Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair görüş barəsində açıqlama yayıb.

Telexeber.az xəbər verir ki, açıqlamaya görə, tərəflər münasibətlərin tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək məsələsində razılığa gəlib. Bildirilib ki, məhsuldar keçən görüş zamanı tərəflər dialoqu davam etdirməyə hazır olduqlarını ortaya qoyublar. Avropa Birliyi də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair görüşün keçirilməsindən məmnunluq duyduğunu açıqlayıb. Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə ali təmsilçisinin ofisinin yazılı açıqlamasında qeyd edilib ki, tərəflər arasında ilk toplantının keçirilməsi müsbət addımdır və Avropa Birliyi bunu dəstəkləyir.
Qeyd edək ki, bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyanın iştirakı ilə keçirilən görüş 1,5 saat davam edib.
Популярный ролик