Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazır olduğunu AÇIQLADI
- 21.01.2022, 10:33,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan Azərbaycana ilkin şərt irəli sürülmədən dövlət sərhədinin demarkasiya prosesinə başlamağa hazırdır”.
“Telexeber.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
V.Hunanyan deyib: “Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər”.