ABŞ-ın hərbi bazasına hücum edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriyanın Əl-Tanıf vilayətində koalisiya qüvvələrinə məxsus bazaya hücum olub.
Telexeber.az xəbər verir ki, hücum pilotsuz uçuş aparatları ilə təşkil edilib. Məlumata görə, ABŞ hərbçilərinin cavab atəşi nəticəsində pilotsuz uçuş aparatlarının bir neçəsi vurulub. Digərləri hücuma davam etsə də, fəsad törədə bilməyib. Hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi məlum deyil.