Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində yaranan problemdən həkimlər narahatdırlar.
Telexeber.az xəbər verir ki, kraliça bir müddət xüsusi həkim nəzarətində olacaq.
BBC-nin məlumatına görə, taxtın varisi şahzadə Çarlz və şahzadə Uilyam hazırda Şotlandiyaya - kraliçanın yanına yollanıblar.
Həmçinin şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın da onlarla birlikdə kraliçanın yanına yollanıb.
Qeyd edək ki, kraliçanın səhhətində uzun müddətdir ki, problemlər var. Bu səbəbdən hətta Britaniya tarixində ilk dəfə olaraq o, hökumət başçısını Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin edib.
16:42
Kraliça II Yelizaveta həkim nəzarətinə götürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə Bukinqem sarayından bildirilib.
Qeyd edilib ki, həkimlər onun sağlamlığından narahatdırlar və ona görə də, Kraliça II Yelizaveta Şotlandiyada iqamətgahında, Balmoral qəsrində həkim nəzarəti altındadır.