Kraliça öldü - Bundan sonra nə olacaq?

Kraliça öldü - Bundan sonra nə olacaq?70 illik taxtın sahibi Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. Bununla da ingiltərədə 10 günlük matəm elan olunub.

Telexeber.az xəbər verir ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.


Özündən əvvəlkilərlə müqayisədə Elizabet 70 il taxtda oturan ən uzunömürlü kraliça olub.

1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin (99 yaş) ölümünə qədər davam edən ən uzun kral nikahı olub.

Onların 4 övladı, 12 nəvəsi olub. Uels Şahzadəsi Çarlz (1948), Şahzadə Anna (1950), York Hersoqu Şahzadə Endryu (1960), Uesseks qrafı Şahzadə Edvard (1964).
Популярный ролик