Avropa Birliyi İrana sanksiya tətbiq etdi

Avropa Birliyi İrana sanksiya tətbiq etdiAvropa Birliyi Rusiyaya PUA tədarük etdiyinə görə İrana qarşı sanksiya tətbiq edib.

Telexeber.az xəbər verir ki, sanksiya İranın “Shahed” pilotsuz uçuş aparatının istehsalçısı "Shahed Aviation İndustries” şirkətini və İranın 3 generalını əhatə edir. Məlumatda qeyd edilir ki, İran Rusiyaya silah tədarük edərək, BMT Təhlükəsizlik Şurasının qərarlarını pozub.


Qeyd edək ki, ABŞ da İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir. İran Rusiyaya PUA tədarük etdiyini rədd edir.
Популярный ролик