Rusiyadan həyəcan: Belarus təhlükə altındadır
Facebook
Вконтакте
Одноклассники
Google+
NATO mərkəzi və şərqi Avropa ölkələrində hərbi qüvvələrinin sayını 2,5 dəfə artırıb.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O bildirib ki, Qərbin məqsədi Rusiyanın iqtisadi, hərbi qüdrətini zəiflətmək və sərbəst siyasət yürütməsinə mane olmaqdır. Şoyqunun sözlərinə görə, NATO Bolqarıstan, Macarıstan, Rumıniyada yeni çoxmillətli batalyon taktiki qrupları formalaşdırır. Şoyqu bəyan edib ki, NATO əsgərlərinin regionda sayının artması nəticəsində Rusiyanın müttəfiqləri və başda Belarus olmaqla təhlükə altındadır.