Ukraynada rüsvayçı məğlubiyyət - Ruslar geri çəkildiklərini elan etdilər
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkir.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Ukrayna üzrə komandanı Sergey Surovikin Sergey Şoyqunun rəhbərliyi ilə keçirilən iclasda məlumat verib. Rus birliklərin döyüş qabiliyyətinin artdığına diqqət çəkən Surovikin bildirib ki, Ukrayna ordusu Xersonda 9500 itki verib. Rusiya ordusunun Xersondakı itkiləri isə bundan 7-8 dəfə azdır. Surovikin Ukrayna ordusunun su bəndinə hücumlarına diqqət çəkərək, daşqınların ola biləcəyini və bunun ciddi itkilərə səbəb olacağını ifadə edib. Surovikin buna görə də qüvvələrin geri çəkilməsini təklif edib. Şoyqu təklifi qəbul edərək bu barədə əmr verib.
Qeyd edək ki, bu, Rusiya ordusunun ilhaq olunmuş ərazilərdən ilk geri çəkilməsidir.
Ekspertlər isə bildirir ki, Xerson ilhaq edilmiş ərazilərdən Krıma gedən tək quru yolunun keçdiyi ərazidir. Rusiyanın strateji ərazilərdən çəkilməsi Ukrayna ordusunun aramsız hücumlarından irəli gəlir.