Aksiyalar İranı bir addım geri atmağa məcbur etdi

Aksiyalar İranı bir addım geri atmağa məcbur etdiXəbər verdiyimiz kimi, İranda əxlaq polisi ləğv edilir.

Telexeber.az xəbər verir ki, bu qərar ölkədə baş verən aksiyaların fonunda atılıb.


Qısa keçmiş

22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın əxlaq polisi tərəfindən sentyabrın 13-də saxlanılıb. Buna səbəb kimi isə onun düzgün hicab taxmadığı göstərilib. Zorakılığa məruz qalan qız 16 sentyabrda ölüb.

Belə ki , Məhsa ailəsi ilə İrana qohumlarıgilə gəlib və sentyabrın 14-də Tehranda metrostansiya yaxınlığında qardaşı ilə birlikdə olub. Bu an isə Əxlaq Təhlükəsilzik Polisi Əminini saxlayıb. Bildirilib ki, o, dindirildikdən sonra azad buraxılacaq. Lakin çox keçmədən Mehsa Qəsrə xəstəxanasına aparılıb. İlkin diqnoza görə, o, başından güclü zədələr alıb, infarkt keçirərək komaya düşüb. İki gün xəstəxanada qalsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Bununla da ölkədə kütləvi etirazlar başlayıb və bu gün də davam edir.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, iştirakçıların hicablarını yandırdığı və hökumət əleyhinə şüarlar səsləndirdiyi nümayişlərə polisin müdaxiləsi nəticəsində 448 nəfər həlak olub. Tehran 300-dən çox insanın öldüyünü etiraf edib. İran mediası da aksiyalar zamanı 60-dan çox asayiş keşikçisinin öldürüldüyünü bildirib. Ölkənin aparıcı aktyorları və futbolçuları da daxil olmaqla, minlərlə insan etirazlarda iştiraka görə həbs edilib.

İranı "silkələyən" hadisədən sonra Tehrandan ilk geri addım

İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib. İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib.

Bundan öncə də İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.

Hətta İranın "Al Hadas" kanalı məlumat yayaraq bildirib ki, prezident İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirə bilər. Yəni zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər.
Популярный ролик