İranda "əxlaq polisi" ləğv edilir

İranda "əxlaq polisi" ləğv edilirİran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.

Telexeber.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi İran rəsmi mənbələrinə istinadən məlumat yayıb.


İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.

Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilmişdi.
Популярный ролик