Milyardlar Türkiyəyə gəlir - Böyük investisiya planı açıqlandı
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyənin Mərkəzi Bankına 5 milyard dollar yatıracağıq”.
Telexeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Muhammed el-Jadaan açıqlama verib. O bildirib ki, 5 milyard dollarla bağlı məsələnin detalları Türkiyə ilə müzakirə edilir. Nazirin sözlərinə görə, Səuddiyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlərdə ciddi irəliləyiş var. “Türkiyə və başqa ölkələrdə investisiya imkanlarının olmasını arzulayırıq” - ərəb nazir deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Türkiyəyə investisiya yatıracağı barədə xəbərlər bir neçə gün əvvəl KİV-lərdə yer alıb.