"Qarabağa investisiya yatıracağıq" - Səudiyyəli nazir
- 19.12.2022, 08:55,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ərazilərin inkişafı hazırda Azərbaycandan asılıdır".
Telexeber.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bölgə üçün ən vacib məqam normal həyatın geri qaytarılmasıdır.
“Hazırda burada mənimlə birlikdə Səudiyyə Ərəbistanından gələn böyük nümayəndə heyəti var. Təkcə dövlət deyil, eyni zamanda, özəl sektorun nümayəndələri, o cümlədən energetika, xüsusilə yaşıl enerji, turizm və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorlar da buradadırlar. Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətindədir. Eyni zamanda, qeyd etməliyəm ki, Zəngilan aeroportu və yeni tikilən kənd bizi təəccübləndirdi. Bura ailələrin yaşaması üçün gözəl məkandır”, - deyə bildirib.