Putin: “Yeni səfərbərlik üçün heç bir amil yoxdur”
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada yeni səfərbərlik üçün heç bir amil yoxdur.
Telexeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Bu gün belə amillər yoxdur, onlar gözə dəymir”, - Putin jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
O vurğulayıb ki, əlavə səfərbərlikdən söhbət getmir: “Lakin artıq səfərbər olanlar arasında daxili rotasiya mümkündür. Çünki onların yarısı təlim poliqonlarındadır”.