Putin Vanq Yi ilə görüşdü
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Mərkəzi Komitəsinin direktoru Vanq Yi ilə görüşüb.
Telexeber.az xəbər verir ki, Kreml sarayında keçirilən təkbətək görüşdən əvvəl açıqlama verən Putin Rusiya ilə Çin arasında əlaqələrin sabit şəkildə inkişaf etdiyini bildirib. İki ölkə arasındakı əlaqələrin hər sahədə irəlilədiyinə diqqət çəkən Putinin sözlərinə görə, Rusiya ilə Çin arasındakı əlaqələr əvvəlki illərdə planlaşdırıldığı kimi davam edir. Rusiya ilə Çin arasındakı münasibətlərin beynəlxalq arenada da önəmli olduğunu vurğulayan Putin bildirib ki, ikiqütblü nizamın dağılmasından sonra beynəlxalq əlaqələr heç də yaxşılaşmayıb.
Çin və Rusiya arasında əməkdaşlıq beynəlxalq vəziyyəti sabitləşdirmək üçün son dərəcə vacibdir.