BMT Rusiyanın nüvə silahları barədə qərarına münasibət bildirdi
Facebook
Вконтакте
Одноклассники
Google+
BMT Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə münasibət bildirib.
Telexeber.az xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik bəyan edib ki, Rusiyanın həmlələri narahatlıq yaradır. Onun sözlərinə görə, bütün üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Stefan Dujarrik bildirib ki, müqavilənin məsuliyyəti var və dövlətlər bu məsuliyyəti yerinə yetirməlidirlər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahlarının yerləşdiriləcəyini bəyan edib. Onun sözlərinə görə, bununla bağlı Belarusa təyyarələr də göndərilib.