Müharibə əlilləri ilə bağlı sərəncamda DƏYİŞİKLİK
- 10.04.2023, 10:50,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi bu il də davam edəcək.
Telexeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2023-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.
Xatırladaq ki, indiyədək bu müddət təkcə ötən ili əhatə edirdi.