Günü gündən bilik səviyyəsini dahada genişləndirən təhsil ocaqlarımız daim Prezident İlham Əliyev Cənabının və təhsil naziri Ceyhun Bayramovun diqqət mərkəzindədir.
Eləcədə bölgələrdə və günü gündən gözəlləşən Bakımızda məktəblərin bərpası, yenidən inşa olması sakinlərin,şagirdlərin sevincinə səbəb olmuşdur.
Alqışlanası bir haldı.
Ancaq bu cür şərəfli işlərə ləkə gətirən Zəngilan rayon təhsil şöbəsinin uğursuz rəhbərliyi,Zəngilan rayon 4 və 6 nömrəli məktəblərin özbaşnalığına gətirib çıxarıb.
Belə ki,Telexeber.az-a müraciyyət edən və bu müraciyyətini lazımı orqanlara çatdırılmasında israrlı olan Qubadlı rayon Fərcan kənt məcburi köçkünü İsmayılov Əli İzzət oğlu 31.08.2015 ci ildə ona olunan haqsızlıqdan danışdı.
Sizə müraciyyətimin məqsədi Zəngilan rayon 6saylı tam orta məktəbin direktoru Nadir müəllimin 31.08.2015 ci il tarixində mənim başıma açdığı oyundandır.
Atam İzzət İsmayılov rəhmətə getdiyi üçün məcbur qalıb işləməli oldum.Məktəbədə ara sıra gedirdim,vəziyyətimiz çox pisiydi.
Lakin yuxarıda qeyd olunan tarixdə mən 9-cu sinif şagirdi idim.6 nömrəli məktəbin direktoru Nadir müəllim mənə yaxınlaşıb bildirdi ki,sən artıq bu məktəbdə oxuya bilməzsən.
Səbəbini soruşanda bildirdi ki,sənin adından Zahid adlı bir şəxs ərzə yazaraq təhsilini 4 nömrəli Zəngilan məktəbində davam etdirməyini istədi.
Nəzərinizə çatdırım ki,Zahidin kimliyindən, onun yazdığı ərizədən mənim və ailəmin xəbəri yoxdur.
Əlacsız qalıb 31.08.2015 ci il tarixindən (Zəngilan rayon 6 nömrəli məktəbindən çıxarılma tarix) 3 ayda Zəngilan rayon 4 nömrəli məktəbdə təhsil aldıqdan sonra direktor ,adı çəkilən lakin özünü tanımadığım Zahid adlı şəxsdən ərizə alaraq mənimyarımçıq təhsilimə son qoydular.
Hörmətli oxucular Telexeber.az-a olunan müraciyyəti bir başa sizlərin nəzərinizə çatdırdıq.
Biz İsmayılov Əliyə olunan bu biyabırçılığı öncə araşdırdıq və əmin olduq ki,Zahid adlı şəxs 6 nömrəli məktəbin direktoru Nadir müəllimin tanışı imiş və bu tanışın əliynən neçə belə tələbə təhsildən uzaqlaşdırilıbmış.
Biz Zəngilan rayon təhsil şöbəsinin rəhbərinə yaranmış problemi araşdırıb aradan qaldırılmasında və Əli İsmayılova köməklik göstərməsini rica etdik.
Ancaq Təhsil şöbəsi yaxasını kənara çəkdi.
Bizdə Telexeber.az olaraq Əlinin vəziyyəti ilə bağlı hörmətli prezidentimiz İlham Əliyev Cənabına müraciyyət edərik.